İyulun 31-dən avqustun 4-dək Təbriz şəhərində Beynəlxalq xalça sərgisi keçirilib. 10 illik fasilədən sonra təşkil edilən sərgi bu dəfə müxtəlif ölkələrdən xalça ustalarını, mütəxəssisləri, xalça nümunələrini bir araya gətirməklə yanaşı, əlamətdar bir hadisə ilə də yadda qalıb.
İran Prezidenti Həsən Ruhani Təbriz Beynəlxalq Xalça Sərgisinin açılışında dünyanın ən böyük əldə toxuma xalısını təqdim edib. Təbrizli ustaların ərsəyə gətirdikləri xalçanın ölçüsü 600 kvadratmetr, çəkisi 3 tondur. Bu nadir sənət nümunəsində 700 rəngdən istifadə edilib və toxunması altı il davam edib.