Sentyabrın 25-də Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.
Səhnə əsərini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası təqdim edəcək. Operetta Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdiriləcək. Tamaşa dirijor Sevil Hacıyeva tərəfindən idarə olunacaq.