Xəbər verdiyimiz kimi, Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilir. Avqustun 8-də olimpiadanın növbəti yarış mərhələsi olub. Yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulur.
31-ci Beynəlxalq İnformatika Olimpiadasında 80-dən çox ölkə təmsil olunur. Yarış iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı mədəni proqram hazırlanıb. Avqustun 7-də onlar üçün Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Nobel qardaşlarının ev-muzeyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyalar təşkil edilib.