Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində görkəmli arxeoloq Saleh Qazıyevə (1893-1971) həsr olunmuş xatirə saatı təşkil edilib.
Muzeyin direktoru Həqiqət Rüstəmli arxeoloqun həyatı və fəaliyyəti haqqında məlumat verib. Muzeyin baş mühafizi Ağgül Ağamoğlanova Saleh Qazıyevin fondda mühafizə olunan elmi əsərlərindən, şəxsi əşyalarından söhbət açıb.
Bildirilib ki, Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Saleh Qazıyevin Azərbaycan tarixinin araşdırılmasında, arxeologiya sahəsində böyük zəhməti olub. Alim bu sahədə ilk sanballı əsər olan “Azərbaycan arxeologiyası”nın müəlliflərindən biridir. “Azərbaycanın qədim abidələri” (1948), “Qədim Mingəçevir (1950), “Mingəçevir küp qəbirləri” (1960) albomunun müəllifidir. Sonda tədbir iştirakçıları muzeydə arxeoloq Saleh Qazıyevə həsr olunmuş sərgiyə baxıblar.