Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” adlı layihə icra olunur.

Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Qəçrəş qəsəbəsində keçirilib.

İctimai birliyin sədri Rüfət Mahmudzadə layihə barədə məlumat verib, internet resurslarından səmərəli istifadə edərək Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə danışıb. Tarixçi-ekspert, “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının həmmüəllifi Ramil Süleymanov gənclərin bu istiqamətdə rolundan söz açıb.

Tədbirdə iştirak edən gənclərə - orta ümumtəhsil müəssisələrinin şagirdlərinə, peşə və ali təhsil müəssisələrinin tələbələrinə tarixi həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasında internet texnologiyalarından, veb 2.0 alətlərindən istifadə qaydaları barədə təlim keçirilib.