“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsinin icrasını davam etdirir.
İyun ayında icrası başlanan layihə üzrə müxtəlif informasiya resurslarında məqalələr yayımlanıb. Hazırda azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərin monitorinqi aparılır.
Eyni zamanda Azərbaycan, rus və ingilis dillərində “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu hazırlanır. Hazırda sayt test mərhələsində öz işini davam etdirir. İnternet resursu azsaylı xalqlara mədəniyyətinin təbliği istiqamətində davamlı informasiya dəstəyi göstərəcək, Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasəti təbliğ edəcək.