“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Mədəniyyət məhdudiyyət tanımır” adlı layihəni Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirir. Layihə çərçivəsində Şəkidə sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması məqsədilə tarixi-mədəni abidələrə ekskursiya həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrə Oğuz (Muxas qalası, Sincan kəndindəki məscid), Qax (“Cinli” qala, XII-XIII əsrlərə aid məbəd kompleksi, Pəri qalası), Şəki (Şəki Xan sarayı), Zaqatala (Zaqatala qalası, Çingiz qalası), Balakən (Minarəli məscid, Talalar Nur kilsəsi) rayonlarının tarixi məkanları, tarixi abidələri barədə ətraflı məlumat verilir.
Layihə çərçivəsində 50 nəfər sağlamlıq imkanları məhdud uşaq və yeniyetmənin bölgələrə səfərləri təşkil olunacaq. Nəticədə sağlamlıq imkanları məhdud uşaqlarda ünsiyyət, öz tarixinə, mədəniyyətinə hörmət hissi formalaşdırılacaq və onların cəmiyyətə inteqrasiyasına əlavə zəmin yaradılacaq. Səfər çərçivəsində layihə iştirakçılarına sözügedən rayonlarda olan mədəni-tarixi abidələrlə yanaşı, rayonların milli adət-ənənəsi ilə bağlı təbliğat işi də aparılacaq.