Avqustun 7-də Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları açıq havada sərgi təşkil ediblər.
Sərgidə Azərbaycan və dünya ədəbiyyatı nəşrləri nümayiş olunub. Müxtəlif yaş qrupundan olan oxucular sərgi ilə maraqla tanış olublar.
MKS-nin böyük metodisti İradə Hüseynova uşaqlara sərgidəki kitablardan hekayələr oxuyub.
Sonra ərazidə yaşayan sakinlərə kitablar hədiyyə olunub.