Bərdə Regional Mədəniyyət İdarəsi əhalinin yay istirahətini və asudə vaxtını səmərəli keçirməsi üçün müxtəlif tədbirlər, konsert proqramları təşkil edir.

Növbəti konsert Bərdə rayonunun Qaradəmirçi kəndində keçirilib.

Rayon Mədəniyyət Mərkəzinin Qaradəmirçi kənd klub filialı tərəfindən təşkil edilən konsert sakinlərin marağına səbəb olub. Regional idarənin rəis müavini Validə Nabatova çıxış edərək əhalinin asudə vaxtının səmərəli təşkili üçün hazırlanan tədbirlər planından, bu barədə görülmüş işlərdən söz açıb, iştirakçılara xoş istirahət arzulayıb.

Konsertdə təqdim olunan muğam və təsniflər, bəstəkar və xalq mahnıları sakinlərdə xoş ovqat yaradıb.

***

Salyan rayon Mədəniyyət Mərkəzinin tədbirlər planına uyğun olaraq, şəhər və kənd mədəniyyət müəssisələrində “Mədəni istirahət sağlam həyatdır” adlı silsilə konsert proqramları davam edir.

Daha bir konsert Çuxanlı kənd Folklor klubunun qarşısındakı istirahət mərkəzində  təşkil edilib.

Konsert kənd sakinləri tərəfindən maraqla qarşılanıb. Bu qəbildən tədbirlər sentyabrın ortalarınadək davam etdiriləcək.