Astara Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həvəskar gənc və yeniyetmə rəssamların Cəlilabad rayonuna ekskursiyası təşkil olunub.

Cəlilabad Dövlət Rəsm Qalereyasından başlanan ekskursiyada 30-dan çox rəssam iştirak edib.

Ekskursiya zamanı Astara Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.

Astaralı gənc rəssamlar Cəlilabad Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, rayonun digər görməli yerləri ilə də tanış olublar.