Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan "Eşqin sonsuz nəğməsi" adlı qısametrajlı bədii filmin çəkilişləri başa çatıb.
Nağılvarı Yeni il əhvalatı fonunda iki gəncin həyat hekayəsindən bəhs edən ekran əsərinin rejissoru Emin Əfəndiyevdir. "Motivlər-2" kinoalmanaxı çərçivəsində istehsal olunan filmdə Əməkdar artist Şamil Süleymanlı, İlahə Həsənova, Qorqud Cəfərli rol alıblar.
Qeyd edək ki, "Motivlər-2" kinoalmanaxının ilk filmi olan "Qara bağ" qısametrajlı bədii filminin istehsalı atıq başa çatıb.