Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Pirşağı qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə konsert proqramı təşkil edib.
Baş idarədən bildirilib ki, konsertdə Mədəniyyət evinin “Əks-səda” ansamblı, dram dərnəyinin və muğam sinfinin şagirdlərinin ifasında mahnı və şeirlər səsləndirilib. Rəqs kursunun şagirdləri rəqs nömrələri nümayiş etdiriblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin N saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib. Tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.
Konsertlərdən sonra hərbi hissənin rəhbərliyi tərəfindən şəxsi heyət adından yaradıcı kollektivlərə minnətdarlıq bildirilib, təşəkkürnamə və fəxri fərman təqdim edilib.