Avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Sentyabrın 9-dan 13-dək isə Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Dehli, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.
“Azerbaijan-India Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.
Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.