Avqustun 26-da “Artım” layihə məkanında yay düşərgəsi çərçivəsində “Le Corbusier – Memarlıq” adlı ustad dərsləri keçiriləcək.
Avqustun 30-dək davam edəcək proqramda praktik məşğələlər, kino sahəsində naturaların təhlili, həmçinin yeni məkanların yaradılması da yer alır.
Ustad dərslərinin sonunda iştirakçılar hazırladıqları miniatür pavilyonlarında çəkdikləri qısametrajlı filmləri nümayiş etdirəcəklər. Dərsləri memar Fəridə Rüstəmova aparacaq.