Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət naziri Bədr bin-Abdullah bin-Farxan əl-Səud ölkədə incəsənət akademiyasının açılmasına göstəriş verib.
Akademiyanın açılışı “Quality of Life” proqramının tərkib hissəsidir.
“Saudi Gazette” nəşrinin yaydığı məlumata görə, yaxın zamanlarda iki akademiya inşa olunacaq. Onlardan biri Səudiyyə Ərəbistanının mədəni irsinə, digəri isə musiqiyə xidmət edəcək.
Nazir onu da bildirib ki, akademiyanın açılması mədəniyyət və incəsənət sahəsində təhsil alan ərəblərin ölkəni tərk etmədən peşəkar kadr kimi yetişməsinə öz töhfəsini verəcək.