Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu göndərib.
Vladimir Putin təbrik məktubunda Mehriban xanım Əliyevanın çoxillik fəaliyyəti ilə böyük beynəlxalq nüfuz qazandığını vurğulayaraq onun Rusiyanın dostu kimi, tanındığını qeyd edib: “Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək”.
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayeva, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, digər rəsmilər də Mehriban Əliyevaya təbrik məktubları göndəriblər.