Sentyabrın 7-də “Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyev “Moda və incəsənət” adlı silsilə ustad dərsləri keçəcək.
Məşğələlərdə moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılması nəzərdə tutulur.
Sentyabrın 27-dək davam edəcək məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil ediləcək. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq.