Ukraynanın Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə şəhər meri tərəfindən rəsmi qəbul keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
Mer Gennadi Kernes çıxışında qeyd edib ki, Xarkov 76 il öncə alman faşistlərindən azad edildikdən sonra inkişaf edib. Hazırda da şəhərin daha da inkişafı üçün layihələr həyata keçirilir. Bu işdə beynəlxalq tərəfdaşlar da öz töhfəsini verməkdədir. Mer bildirib ki, Xarkov şəhərinin beynəlxalq əlaqələri genişlənir, qardaş şəhərlərin sayı artmaqdadır.
Tədbirdə Azərbaycan adından merə İrəvan xanlığına aid olan xalçalara dair kitab təqdim edilib. Mer göstərilən diqqətə görə, Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.