Dünya Turizm Təşkilatı Baş Assambleyasının 23-cü sessiyası sentyabrın 9-dan 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

Sessiyada 150-dən çox ölkənin nümayəndəsi, Dünya Turizm Təşkilatının tərəfdaşları, dövlət və özəl sektorun, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.

27 sentyabr – Dünya Turizm Gününün əsas tədbirlərinə isə bu il Hindistanın Nyu-Delhi şəhəri ev sahibliyi edəcək. Günün əsas mövzusu qonaqpərvərlik sənayesinin rifaha təsiri ilə bağlıdır və “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” adlanır. Bu çərçivədə keçiriləcək konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.