Brüssel Kral İncəsənət Muzeyi uzun sürən fasilədən sonra yenidən öz qapılarını ziyarətçilərin üzünə açır və kolleksiyasını onlara təqdim edir.
Ziyarətçilər Kral İncəsənət Muzeyində “Qocaman ustalar”, “Fin-de-Siècle” və “Maqritte” kimi bölmələr, habelə Tomas Leroyun sərgisi ilə tanış ola bilərlər. Belçika paytaxtının sakinləri muzeyin açılışını çoxdan gözləyirdilər.
Onu da qeyd edək ki, muzey bu dəfə çox mühüm bir yenilik də tətbiq edir. Yaşı 16-dan aşağı və 60-dan yuxarı olanlara muzeyə giriş pulsuz olacaq. İnternetdə yerləşdirilən elan da bunu təsdiq edir.