Paytaxtın Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli ucaldılır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun bildirdiyinə görə, hazırda heykəlin quraşdırılma işləri gedir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev Milli Qəhrəman Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı Şhəri İcra Hakimiyyətinə müraciət etmişdi.
Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Tankçı Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmircan qəsəbəsində Milli Qəhrəmanın adını daşıyan məktəb və küçə var.