Qax Dövlət Kukla Teatrı sentyabrın 20-nə təyin edilmiş yeni teatr mövsümünün açılış günündə uşaqlara yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcək.
Bu barədə teatrın direktoru Nazim Mahmudov məlumat verib.
Teatrın rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova, Elnarə Razıyeva və başqaları ifa edəcəklər. Tamaşanın rəssamı Mayis Abdullayevdir.
Direktor bildirib ki, teatrda, eyni zamanda Rudyard Kiplinqin “Mauqli” əsəri əsasında səhnələşdirilən tamaşa üzərində məşqlər də davam etdirilir. Tamaşa sentyabrın sonunda uşaqlara təqdim olunacaq.