Portret önündə düşüncələr...

Sentyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Portret önündə düşüncələr” adlı sərgi təşkil olunub.

Baş idarədən bildirilib ki, sərgidə tanınmış rəssam və heykəltəraşlar – Səttar Bəhlulzadə, Kamil Nəcəfzadə, Mirəli Mirqasımov, Vəcihə Səmədova, Cəlal Qaryağdının əsərləri ilə yanaşı, həyat və yaradıcılıqlarından bəhs edən kitab və jurnallar da sərgilənib.

Kitabxanaçılar rəngarəng şəkillər qarşısında adıçəkilən sənətkarların yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat veriblər.

 

“Qoy həmişə sülh olsun!”

 

Sentyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı 192 saylı “Göyərçin” uşaq bağçasının məktəbəqədər bölmələrinin uşaqları ilə “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirib.

Kitabxananın şöbə müdiri Lalə Məhərrəmova uşaqların vətənpərvərlik ruhunda böyüməsindən, tərbiyələnməsindən bəhs edib. Onları vətəni sevməyə, vətənpərvər olmağa səsləyib.

Sonda uşaqlar “Qoy həmişə günəş olsun!” mahnısını oxuyublar.