Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı günü ilə əlaqədar tədbir keçirib.

Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin əməkdaşı İradə Hüseynova Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal tarixləri haqqında məlumat verib.

MKS-nin direktor müavini Könül Vəliyeva və başqaları Qarabağ hadisələri və işğal olunmuş ərazilərdə olan maddi mədəniyyət abidələri haqqında danışıblar.