Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfrans “Cənubi Qafqazda terror” və “Şimali Qafqazda terror” bölmələri üzrə təşkil olunacaq. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələri haqqında məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrinin tezislərini oktyabrın 20-dək qafqazdaterror@gmail.com elektron ünvanına göndərə bilərlər.