Mayın 7-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş “Dərs” tammetrajlı bədii filminin təqdimatı keçiriləcək.
Kinostudiyadan bildiriblər ki, film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər. Təqdimatdan sonra filmin məktəblilər üçün Bakıda və bölgələrdə kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.