Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 2019-cu il sentyabr ayının 20-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Naftalan şəhər Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gəncə şəhər Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) Gəncə şəhəri və Kəlbəcər rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində (Goranboy rayonu, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi: 147), (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
|
Şəhər |
Əlaqələndirici |
Əlaqə |
|
|
|
050-534-33-61 022-266-29-51 |
|
|
|
055-330-29-23 022-352-30-56 |
|
|
|
050-687-58-43 022-275-11-39 |
|
|
|
050-364-94-26 022-245-31-26 |
|
|
|
050-441-84-82 022-261-50-19 |
|
|
|
050-584-07-09 022-247-47-31 |