Qazaxıstan Milli Akademik Kitabxanası 27-29 sentyabr tarixində keçiriləcək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək.
Bu barədə məlumat verən kitabxananın direktor müavini Aliya Kojabekova bildirib ki, sərgi çərçivəsində Qazaxıstan Mədəniyyəti və ədəbiyyatı mərkəzinin açılışının, eləcə də Qazaxıstan ədəbiyyatının klassiki Abiş Kekilbayevin ingilis və fransız dillərinə tərcümə edilmiş kitabının təqdimatının keçirilməsi nəzərdə tutulub.
Aliya Kojabekova Qazaxıstan Milli Akademik Kitabxanasının Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini də bildirib.