Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə rayon Heydər Əliyev Mərkəzində “Sülh aylığı” çərçivəsində “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib.

Regional idarənin rəis müavini Validə Nabatova qeyd edib ki, hər il 21 sentyabr – Beynəlxalq Sülh Günü ərəfəsində respublikamızda “Sülh aylığı” (avqustun 21-dən sentyabrın 21-dək) elan edilir. Bildirilib ki, dünyanın ən tolerant ölkələrindən olan Azərbaycana vətəndaşların, xalqımızın da ən böyük arzu və istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.