AMEA-nın Fəlsəfə İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsinin “Müasir dünya və informasiya cəmiyyəti” adlı yeni toplusu nəşr olunub.

Məcmuədə informasiya cəmiyyətinin fəlsəfi aspektləri, informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, müasir geosiyasi proseslərdə informasiya amili, informasiya cəmiyyətində dövlətin demoqrafik siyasəti, informasiya cəmiyyəti və mədəniyyət, informasiya cəmiyyəti və təhsil və s. məsələlər fəlsəfi kontekstdən təhlil edilir.