“İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm məqsədli təbliğatı qətiyyən yolverilməzdir”.
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Turizm Təşkilatı Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında danışıb. Agentlik sədri bildirib ki, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu halların qarşısı alınmalıdır.
Sentyabrın 9-da işə başlayan Dünya Turizm Təşkilatı Baş Assambleyasının 23-cü sessiyasında 120 ölkə təmsil olunur. Gündəlikdə turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb. Sessiya sentyabrın 13-də başa çatacaq.