Sentyabrın 11-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib.
Seminar “Məhv olan abidələr – unudulmayan tarix” mövzusuna həsr olunub.
Mərkəzin elmi katibi Cavid Əliyev giriş sözündə mövzunun aktuallığından, qarşıya qoyulan məqsədlərdən bəhs edib.
Çıxış edənlər xalqımızın milli-mənəvi sərvətinin, mədəni irsinin qorunması və təbliği ilə bağlı fikirlərini bölüşüblər.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev bildirib ki, əgər mədəni irslə məşğul olan mütəxəssislər yerli sakinlərlə müvafiq iş aparsalar, ölkəmizdə abidələrin qorunması və onların təbliği gələcək nəsil üçün bir örnək olar.
Mərkəzin əməkdaşlarından Hikmət Nəbili, Samirə Cəlilova “Mədəniyyətin qanuni aspektləri”, Elnur Hacıbabayev “Lahıc misgərlik sənəti” adlı məruzələrini təqdim ediblər.
Tədbir çərçivəsində Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsi tələbələrinin əl işlərindən ibarət sərgi də təşkil olunub.