Oktyabrın 4-də Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Patrik Züskindin “Kontrabas” tragikomediyasının növbəti nümayişi olacaq.

Monotamaşanın quruluşçu rejissoru Xalq artisti İrina Perlovadır. Səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov çıxış edir.

“Kontrabas”  Patrik Züskindin intellektual, fəlsəfi və özünə istehza notları ilə zəngin nəsr əsəridir. Tamaşanın qəhrəmanının – musiqiçinin gözlə görünməyən opponentləri və tərəfdaşları, yəni daxili monoloq-dialoqunun personajları daim onun yanındadır.