Xəbər verildiyi kimi, 9-11 sentyabr tarixində “Nəsimi ili” çərçivəsində Türkiyənin Nevşehir şəhərində Azərbaycanın Təhsil Cəmiyyətinin təşəbbüsü, Hacı Bektaş Vəli Universiteti və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə şairin 650 illik yubileyinə həsr edilən elmi simpozium keçirilib.
Tədbirə Bakı Uşaq Teatrı da qatılıb. Teatr açılış mərasiminin bədii hissəsində Cənubi Azərbaycanı təmsil edən musiqi qrupu ilə səhnəni paylaşıb. Arzu Soltan və Cəlal Babanın “Arzular”, Nərminə Məhərrəmova və Qurban Əhmədovun “Fly to stay alive” kompozisiyaları simpozium iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.