Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti, Türkiyə tərəfdən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın təkbətək görüşü olub.
Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib.
İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak ediblər. İki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi əməkdaşlığın davamlılığının təmin olunması ilə bağlı məsələlər müzakirə olunub.