Sentyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “Azərbaycan sülhün təminatçısıdır” adlı tədbir keçirilib.
Tədbirdə Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbaslı, ehtiyatda olan polkovnik Rəşid Allahyarov və filologiya elmləri namizədi Tahir Şirvanlı çıxış edərək sülh aylığının mahiyyəti haqqında qonaqlara məlumat veriblər.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.