Hindistanın Azərbaycandakı səfiri Vanlalvana Bavitlunq İsmayıllı rayonuna səfər edib. Səfər çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə qonaqlara Mədəniyyət Mərkəzinin foyesində “Niyal” instrumental qrupunun hazırladığı konsert proqramı nümayiş etdirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, Hindistan səfirliyinin həyata keçirdiyi texniki əməkdaşlıq proqramı çərçivəsində bu ölkədən dəvət olunmuş ekspertlər iştirak edib.
Konsert proqramı səfir və qonaqlar tərəfindən maraqla qarşılanıb.