Dövlət başçısının 20 sentyabrda imzaladığı digər sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.
Mehriban İmanova 1977-ci ildə anadan olub. Riyaziyyat üzrə fəlsəfə doktorudur. Bu təyinatadək Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti vəzifəsində çalışıb.