19-20 sentyabr tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” layihəsinə həsr olunmuş tədbirlər keçirilib.
Növbəti tədbir Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda təşkil olunub. Tədbirə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, mədəniyyət işçiləri də qatılıb.
Saz-sözlü tədbirin iştirakçılarına Xalq şairi Səməd Vurğunun Keşikçidağla bağlı “Rahibə qız və çoban” adlı rəvayətini aşığın dilindən dinləyib, musiqi nömrələri və milli geyimli rəqqaslar tərəfindən müxtəlif rəqsləri maraqla izləyiblər. Ərazidə at yarışı təşkil edilib, milli mətbəximizin təamlarından olan göy qutabı və samovar çayı iştirakçılara təqdim edilib. Qoruq ərazisindən tapılmış maddi mədəniyyət nümunələrindən ibarət pavilyon qurulub, buklet və flayerlər tədbir iştirakçılarına paylanılıb.