Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ənənəyə sadiq olaraq yeni teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açıq elan edib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Açılışdan öncə teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənət ocağının uğurlarından və gələcək planlardan söz açıb. Dövlət başçısının Azərbaycanın mədəniyyət və incəsənətinə göstərdiyi diqqət və qayğıdan danışan direktor vurğulayıb ki, oktyabrda Akademik Milli Dram Teatrının 100 illiyi qeyd ediləcək. O, kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni nailiyyətlər arzulayıb.
Sonra tamaşa nümayiş olunub.