Sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində bəstəkar, Xalq artisti  Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin  təqdimatı keçiriləcək.

“Azərbaycan 100 mahnıda” klaviri Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Klavirdə bəstəkarlarımızın bir əsr ərzində yazdıqları 100 mahnı toplanıb.

Dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı Dövlət himni ilə açılan topluda Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların məşhur mahnıları yer alıb.