AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscəsi (“Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury”) İspaniya Milli Kitabxanasının fonduna daxil edilib.

İspaniya Milli Kitabxanasının hədiyyə və mübadilə xidmətinin rəhbəri San Xuan Nünes nəşrə görə Əlyazmalar İnstitutuna təşəkkür məktubu göndərib.

Kitabın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru, akademik İsa Həbibbəyli, layihənin rəhbəri Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.