BMT Baş katibinin təşəbbüsü ilə “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı Azərbaycanın təklifi sənədin “Qarşısıalınma” (“Prevention”) bölməsində əks etdirilib.
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi tərəfindən hazırlanmış sənədin müvafiq bölməsində deyilir: “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biridir”.
Qeyd edək ki, Fəaliyyət Planının 12 sentyabr tarixində keçirilmiş təqdimatında Baş katib Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, Azərbaycan və digər ölkələrin nümayəndələri çıxış ediblər.