Lənkəran Dövlət Dram Teatrının veb-saytı – lenkeranteatr.az yenilənərək istifadəyə verilib. Sayt yeni dizayn və son texnologiyaları dəstəkləyən sistemlə hazırlanıb.

Saytda teatrın yaradıcı fəaliyyətini əks etdirən məlumatlar, fotolar, həyata keçirilən layihələr haqqında xəbərlər, teatrın tarixi, bu sənət ocağında çalışmış və dünyasını dəyişmiş insanlar barədə yazılar yerləşdirilib.

Ziyarətçilər üçün saytda teatr tamaşaları barədə videoçarxları izləmək imkanı yaradılıb.