Bakı Dövlət Sirki mövsümü noyabrın 2-də “Water land” adlı möhtəşəm su proqramı ilə açacaq.

Proqrama eksklüziv lazer və fəvvarələr şousunda 170 tonluq su hovuzu, musiqili fəvvarələr, akva-balet, əhliləşdirilmiş heyvanlarla maraqlı nömrələr, hava gimnastları, hava uçuşu, güc jonqlyorları, “Şmak’s” klounlar dueti və başqaları daxildir.

“Water land” sirk proqramı noyabrın 24-dək davam edəcək.