Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə 8-13 oktyabr tarixində “II Azərbaycan Xalq Mahnıları Festivalı” keçirilir.

Layihənin iştirakçıları Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir. Festivalın keçirilməsində məqsəd Azərbaycan Radiosunun “qızıl fond”unda olan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir.

Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində festivalın açılış mərasimi oldu.

Festivalın bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək ölkəmizdə təşkil olunan irimiqyaslı mədəniyyət tədbirlərindən danışdı. Vurğuladı ki, bu gün folklor musiqimizin təbliğatı diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın qayğısı ilə mədəni sərvətlərimiz dünyanın bir çox ölkələrində təbliğ olunur.

Qeyd olundu ki, YMS-lərin inkişafına dair qlobal kontekstdə müxtəlif araşdırmalar aparılıb. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2002-2015-ci illər üzrə Yaradıcı İqtisadiyyata Baxış sənədinə əsasən, YMS-lər dünya üzrə orta hesabla illik 7,3% artım göstəriblər. YMS-lərin məhsul və xidmətləri üzrə dünya ixracı iki dəfədən çox artaraq 2002-ci ildəki 208 milyard dollardan 2015-ci ildə 509 milyard dollara çatıb.

Azərbaycanda YMS-lər müxtəlif formalarda mövcuddur. Bura həm qədim sənətkarlıq növləri, həm dərin musiqi ənənələri, həm də ədəbiyyat, film, rəssamlıq, foto və digər sahələr daxildir. Azərbaycan xalqı yaradıcı və inkişafa meyilli xalq olduğundan, YMS-lər həmişə ictimai həyatda mərkəzi rol oynayıb.

V.Qasımlı ölkəmizdə YMS sahələrinin inkişafı üzrə uzunmüddətli strateji sənədin hazırlanmasının vacibliyini vurğuladı. Bildirdi ki, sənədin əsasında aparılacaq praktiki fəaliyyət yaradıcı məhsulların artmasına, ixracın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının payının azaldılmasına, gənclər arasında işsizliyin azaldılmasına və digər geniş milli məqsədlərə töhfə verə bilər.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında “Azexport.az” portalı ilə əməkdaşlığın Azərbaycanın yaradıcı və mədəniyyət sənayelərində məhsul və xidmətlərin istehsalını həyata keçirən aparıcı subyektlərin – özəl şirkətlərin, fərdi sahibkarların və müəlliflərin də marağında olduğunu bildirdi. Vurğuladı ki, burada yaradıcı məhsul insan faktoruna bağlanır. İnsan bacarıqlarını iqtisadi potensiala çevirərək ondan bəhrələnmək günün əsas aktual məsələlərindən biridir. Yaxın vaxtlarda bu sahədə vahid baza formalaşdırılacaq və bu da aparılan işlərə təkan verəcək. V.Eyvazzadə diqqətə çatdırdı ki, bu gün ölkəmiz daha çox iki brendi ilə - “Bakı Prosesi” və “ASAN Xidmət”lə tanınır: “Növbəti 10 illik üçün “Bakı Prosesi”nin yeni bir istiqamətini müəyyən etdik. Bu da insan inkişafı ilə bağlı istiqamətdir. Sözügedən sənaye sahəsi məhz insan inkişafı və insan şüuru ilə sıx bağlıdır. Burada çox vacib məqamlardan biri də iqtisadiyyatın müəyyən sahələrində resursların tükənməsidir. Yaradıcı sənaye insan şüurunun məhsulu olduğu üçün burada tükənmə deyil, daim yenilənmədən söhbət gedir”.

Şöbə müdiri çıxışının sonunda Mədəniyyət naziri Əbülfəs Qarayevin adından “Azexport.az” portalının fəaliyyətinə uğurlar arzuladı.

Portalın rəhbəri Zaur Qardaşov layihənin imkanlarına dair təqdimatla çıxış etdi. Bildirdi ki, inkişaf etmiş ölkələrdə kreativ məhsulların iqtisadiyyata verdiyi töhfə ÜDM-in 4-6 faizini təşkil edir. Azərbaycanın bu sahədə mövcud potensialını nəzərə alsaq, perspektivdə bu sektor ölkəyə ən azı 1-1,5 milyard dollar əlavə gəlir gətirə bilər. Bu məqsədlə kreativ məhsulların xarici bazarlarda təşviqi məqsədilə “Azexport.az” portalı sınaqdan keçmiş modelini və mövcud imkanlarını təklif edir. Bu sahədə ixtisaslaşan “Etsy”, “Kickstarter” və “Amazon Kindle” onlayn portalları və “Sothebys” auksion evi ilə əməkdaşlıq qurulacaq.

Bu il ərzində “Amazon” onlayn platformasında elektron kitabların satışı istiqamətində nəticələr əldə olunub. Misal üçün, akademik Urxan Ələkbərovun “Fundamentals of İnclusive Development Management” adlı elektron kitabının üç ay ərzində 300-dən artıq nüsxəsi satılıb. Növbəti mərhələdə dizayn həlləri, əl işləri, milli suvenirlər, əsərlər, şeirlər, rəsmlər, kreativ video oyunlar, musiqilər, bəstəkarlıq və potensial ixrac imkanı olan digər yaradıcılıq məhsullarının bu cür platformalarda yerləşdirilməsi nəzərdə tutulub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək saytla birgə əməkdaşlığa görə təşəkkürünü bildirdi. Vurğuladı ki, bu kitab Azərbaycanda inklüziv inkişafa həsr olunan yeganə dərslikdir.

Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova dəb sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşdü.  Portalın işinə uğurlar arzulayaraq yaradıcı sahənin müasir tələblərə uyğun inkişafının əhəmiyyətini vurğuladı.

Tədbirdə həmçinin satılan elektron kitabların rəmzi ödəniş qəbzi təqdim edildi və “Azexport.az” portalının fəaliyyəti, eləcə də portalın “İxrac səbəti”nə ulduz səfirlərin öz məhsullarını təqdim etməsi ilə bağlı videoçarx nümayiş olundu.

LALƏ