Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən də silsilə tədbirlər keçirilir.
Tərtər rayon Mədəniyyət Mərkəzində idarənin rayon nümayəndəliyi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya təqdim olunub.
Regional idarənin rəis müavini Validə Nabatova, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Quliyeva çıxış edərək, İmadəddin Nəsiminin yaradıcılığından bəhs ediblər. Ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.