Lənkəran şəhər Mədəniyyət Mərkəzində Respublika folklor festivalının seçim mərhələsi keçirilib. Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli giriş sözündə festivalın əhəmiyyətindən danışıb, seçim mərhələləri bitdikdən sonra yekun tədbirin Bakı şəhərində keçiriləcəyini bildirib.
Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin (Lənkəran, Lerik, Masallı) və Biləsuvar Regional Mədəniyyət İdarəsinin (Biləsuvar, Salyan, Neftçala) tabeliyindəki mədəniyyət müəssisələrinin folklor qrupu və kollektivlərinin çıxışı olub.
Onların çıxışlarını Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Altay Məmmədli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri Xoşbəxt Məmmədov, Elnur Süleymanov və Ramin Hüseynovun yer aldığı münsiflər heyəti qiymətləndirib.