Oktyabrın 31-nə keçən gecə Yaponiyanın Okinava prefekturasının rəmzi hesab edilən Şuri qəsri yanğın nəticəsində məhv olub.

Yanğının səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində qəsrin əsas şimal və cənub binaları da daxil olmaqla 4200 kvadratmetrlik sahəsi məhv olub. Bu binaların hər üçü taxtadan idi. Yanğının qəsrin əsas binasında başladığı güman olunur.

Şuri qəsri 1429-1879-cu illərdə Okinava prefekturasını idarə etmiş Ryukyu krallığının əsas sarayı idi. Qəsr II Dünya müharibəsinin son günlərində Okinava uğrunda gedən döyüşlər zamanı dağıdılmışdı. 1992-ci ildə yenidən bərpa olunan qəsr 2000-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, hökumət qəsrin tezliklə bərpa olunması üçün bütün lazımi işləri görəcək.

CAVİD