C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı noyabrın 4-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində şair-dramaturq İmir Məmmədlinin “Oğru və Doğru” pyesi əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.

Tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda Müdvər Nemətova, Anar Buludov, Niyaməddin Səfərəliyev, Rövşən Cəfərov, Arzuman Tanrıverdi çıxış ediblər.